Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr gerçəkləşdirir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır. 2015-2020-ci illər ərzində Multikulturalizm Mərkəzi 10 beynəlxalq multikulturalizm qış və yay məktəbi təşkil edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbi ilə bağlı qısametrajlı film hazırlanıb.
XVII Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Heydər məscidində olublar.
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Rus Pravoslav Kilsəsində olublar.
XVII Multikulturalizm Məktəbi çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri Ləman Əliyeva və Orduxan Qəhrəmanzadə tərəfindən iştirakçılar üçün “Bakı Prosesi və Azərbaycanın multikultural irsinin qorunması” mövzusunda təqdimat təşkil olunub.
XVII Beynəlxalq Multikulturalizm Məktəbi Qubada davam edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevlə görüşüblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbinə start verib.
XVII Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar təşkil olunub
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Qırmızı qəsəbə ilə tanış olub, qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyində olublar.
Rumıniyalı tələbə: Azərbaycanda fərqli dinlərin, xalqların nümayəndələri arasında balanslı münasibət, gözəl harmoniya var
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində olublar.
Misirli tələbə: Azərbaycanda dilindən, dinindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiyası təşkil edilib
Multikulturalizm verilişi - II Beynəlxalq Multikulturalizm Gənclər Forumu
Rumıniyanın Yassı şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aleksandr İohan Kuza Universiteti və Yassı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil olunub.
II Beynəlxalq Multikulturalizm Gənclər Forumu
Azərtac II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimindən videosüjet hazırlayıb.
REAL TV Gənclər Forumunun açılışı ilə bağlı videosüjet hazırlayıb.
CBC Televiziyası Gənclər Forumunun bağlanış mərasimindən videosüjet hazırlayıb.