Multikulturalizm Mərkəzinin fəaliyyətini əks etdirən broşür hazırlanıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini əks etdirən ingilis dilində broşür hazırlanıb. Broşürdə Mərkəzin yaranması, əsas fəaliyyət istiqamətləri, həyata keçirilən yerli və beynəlxalq layihələr, eləcə də multikulturalizm siyasətinin təşviqi istiqamətində görülən işlər barədə geniş məlumat yer alıb.
Nəşrdə Azərbaycanın multikulturalizm modelinin mahiyyəti, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında mövcud olan tolerantlıq və qarşılıqlı hörmət mühiti barədə məlumatlar təqdim edilib. Eyni zamanda broşürdə Mərkəzin təşkil etdiyi beynəlxalq multikulturalizm məktəbləri, elmi konfranslar, seminarlar, nəşr fəaliyyəti və müxtəlif maarifləndirici layihələr haqqında məlumatlar da öz əksini tapıb.
Hazırlanan broşürün məqsədi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması, Azərbaycanın multikultural dəyərlərinin və tolerantlıq ənənələrinin daha geniş şəkildə tanıdılmasıdır. Broşürün müxtəlif tədbirlərdə, beynəlxalq görüşlərdə və təqdimatlarda istifadə olunması nəzərdə tutulur.