Multikulturalizm Mərkəzi “Heydər Əliyev – Azərbaycan multikulturalizm siyasətinin banisi” kitabını çap edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Xalq yazıçısı, Mərkəzin Himayəçilik Şurasının üzvü Elmira Axundovanın “Heydər Əliyev – Azərbaycan multikulturalizm siyasətinin banisi” kitabını çap edib. Kitabda həm Azərbaycan cəmiyyətində, həm də dünyada geniş yayılmış multikulturalizmin semantikası  açıqlanır. Heydər Əliyevi yaxından tanıyan və onunla birlikdə işləmiş insanların çoxsaylı xatirələri, faktlar və sənədlər əsasında müəllif sübut edir ki, məhz Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində həyata keçirdiyi məqsədyönlü və çoxşaxəli siyasət sayəsində multikulturalizm ölkəmizdə azərbaycançılıq ideologiyasının, tolerantlıq və qarşılıqlı hörmət strategiyasının, dözümlülük və mədəniyyətlərarası dialoqun ayrılmaz hissəsinə çevrilib.
Sənədli-publisistik janrda yazılmış kitab bu aktual problemlə maraqlanan ən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Etiketlər