XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiyası təşkil edilib
XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiyası təşkil edilib. Məktəb iştirakçıları kompleksin infrastrukturu, təbiət mənzərələri və burada yaradılmış turizm imkanları ilə yaxından tanış olublar. Onlara Şahdağın qış və yay aylarında turistlər üçün təqdim etdiyi imkanlar, müxtəlif idman və əyləncə fəaliyyətləri, həmçinin bölgənin multikultural mühiti haqqında geniş məlumat verilib.