Multikulturalizm Mərkəzinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub.