Beynəlxalq Multikulturalizm Jurnalının növbəti sayı dərc olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (“Beynəlxalq Multikulturalizm Jurnalı”) adlı beynəlxalq elmi jurnalının 2025-ci ildə ikinci sayı işıq üzü görüb. İldə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı da (http://bimc-ijm.com/index.aspx) fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalda elmi məqalələrlə çıxış etmək istəyən tədqiqatçı-alimlər yazılarını multiculturalismjournal2020@gmail.com email ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilir.

Etiketlər