Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2019-cu il üçün dördüncü sayı işıq üzü görüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2019-cu il üçün dördüncü sayı işıq üzü görüb.

Jurnal Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır. Daha sonra Dünya dini liderlərinin II Bakı Sammitinin gündəliyi çap edilib. Jurnalın rəsmi bölməsi bu materialla qapanır.

“Tolerantlıq” bölməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənovun “Вектор мультикультурализма” və Leyli Quliyevanın “Мультикультурализм и идеология толерантности в Азербайджане” məqalələri dərc edilib.

 

 “Multukulturalizm məsələləri” rubrikasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanovun “Multikultural təhlükəsizlik: problemlər və vəzifələr” və Ceyhun Məmmədovun “Multikultural təhlükəsizliyin təmin olunmasında din amilinin rolu” adlı məqalələri çap olunub.

 

 “Çoxmədəniyyətlilik” rubrikasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin rəhbəri Rəşad İlyasovun “Professor Aida İmanquliyevanın yaradıcılığında multikultural inteqrasiya tendensiyası”

adlı məqaləsi işıqüzü görüb.

“Nəsimi İli” cari ilin son rübündə dünyada Nəsimi ili çərçivəsində keçirilmiş tədbirlər haqqında məlumat verilib, Aida Qasımovanın “Hürufilərə qarşı iki inkvizisiya məhkəməsi” məqaləsi dərc edilib.

“Tariximiz, bugünümüz” rubrikasında Qoşqar Qoşqarlının “Roma imperiyası və Qafqaz Albaniyası” yazısı oxucuların diqqətinə çatdırılır.

“Axundov zalı” rubrikasının Nəsr guşəsində Fəxri Uğurlunun “Şeyx Sənan” hekayəsi çap olunub.

“Höte zalı” rubrikasının Poeziya guşəsində Sabir Rüstəmxanlının tərcüməsində Yohan Volfqanq Hötenin “Şərq-Qərb divanı”ndan seçmələr verilib.

“Multikulturalizm mozaikası” rubrikasında ilin dördüncü rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və dünyada multikulturalizm istiqamətində keçirilən tədbirlər işıqlandırılıb.

 

Etiketlər