Sentyabrın 21-22-də “Nifrətin təbliği, sosial media və azlıqlar” mövzusunda Avropa Regional Forumu keçirilib

Forum BMT-nin azlıqların məsələləri üzrə Xüsusi Məruzəçisi tərəfindən çağırılıb və Avstriya Xarici İşlər Naziriliyin dəstəyi ilə bir çox Avropa və beynəlxalq təşkilat və institutlar tərəfindən təşkil edilib. Forumda BMT-nin azlıqların məsələləri üzrə Xüsusi Məruzəçisi Fernand de Varennes, Avstriyanın Xarici İşlər Naziri Alexander Schallenberg, İrqçiliyə və Dözümsüzlüyə  qarşı Avropa Komissiyasının sədri Maria Daniella Marouda, Avropa Şurasının Demokratiya üzrə Baş Direktoru Snežana Samardžić-Marković, Avropa İttifaqının Fundament Hüquqlar üzrə təşkilatının direktoru Michael O’Flaherty, UNESCO-nun İfadə Azadlığı və Jurnalistika sektorunun rəhbəri Guilherme Canela, ATƏT-in Milli Azlıqlar üzrə Alı Komissarlığının rəhbəri Christophe Kamp, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Avropa üzrə Regional Təmsilçisi Birgit Van Hout, Facebook şirkətinin Nəzarət Şurasının rəhbəri Thomas Hughes və digər şəxslər iştirak edib. Forumda Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov “Sosial media azlıqlara qarşı yönəlmiş nifətin təbliği ilə mübarizədə pozitiv təşəbbüslər” mövzusunda çıxış edərək bu sahədə Azərbaycanın təcrübəsindən konkret nümunələri forum iştirakçilarının diqqətinə çatdırıb. R. Rəhimov mövzu ilə bağlı müvafiq tövsiyyələri BMT-nin azlıqların məsələləri üzrə Xüsusi Məruzəçisi tərəfindən hazırlanan Avropa regional sənədinə daxil edilib.