Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Mayın 18-də G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb.
Mayın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Vyana Yəhudi icmasının ravvini və Ştiriya əyalətinin paytaxtı Qratsın baş ravvini Şlomo Hofmeyster (Schlomo Hofmeiter) ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Mədəniyyət telekanalının “Körpü” proqramının qonağı olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasının 8 illiyi ilə əlaqədar olararaq Mərkəzin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Son bir neçə ildə, G20 Dinlərarası Forum Assosiasiyası (IF20) hər il ardıcıl keçirilən G20 zirvə görüşləri ilə əlaqədar olaraq G20 Dinlərarası Forumları təşkil edir.
Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişinin qonağı olub.
Fevralın 23-də “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsini qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bugünkü təqdimatımız da həmin layihələr çərçivəsində görülən işlərdən biridir.
Sabunçu Rayon Gənclər Evi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar-muhazirə keçirilib. Seminarda BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov mövzu ilə bağlı mühazirə oxuyub, sonra isə sualları cavablandırıb.
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər bayramı və Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasının 77-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.
Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək dəmir yumruq kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə döyüşərək işğala son qoyublar. Bu barədə noyabrın 4-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Quba Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdiyi “Biz birlikdə güclüyük” mövzusunda konfransda bildirilib.