Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
İyunun 24-də Vyana şəhərində “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun üzvləri və ekspertlərdən ibarət heyət iyunun 16-17-də Cəbrayıl, Zəngilan rayonlarında və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər edib, Zəngilan rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı beynəlxalq elmi jurnalının sayca beşinci, bu il üçün isə ilk sayı işıq üzü görüb.
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.
ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatını dərc edib.
Fevralın 23-də “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusunda XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsini qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bugünkü təqdimatımız da həmin layihələr çərçivəsində görülən işlərdən biridir.
Sabunçu Rayon Gənclər Evi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar-muhazirə keçirilib. Seminarda BBMM-in Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov mövzu ilə bağlı mühazirə oxuyub, sonra isə sualları cavablandırıb.
Noyabrın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Zəfər bayramı və Axıska türklərinin tarixi vətənlərindən sürgün olunmasının 77-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Ankarada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ölkəmizin mədəniyyətinin beynəlxalq arenada təmsil etmək məqsədi ilə yaradılan “Ankara Azərbaycan Mədəniyyət və İncəsənət Dərnəyi”nin birgə təşkilatçılığı “Bu zəfər hamımızın ortaq zəfəri” adlı tədbir keçirilib.
Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək dəmir yumruq kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə döyüşərək işğala son qoyublar. Bu barədə noyabrın 4-də Bakı Beynəlxalq Multikuturalizm Mərkəzi (BBMK) və Quba Rayon İcra Hakimiyyətinin 8 Noyabr - Zəfər Günü münasibətilə birgə təşkil etdiyi “Biz birlikdə güclüyük” mövzusunda konfransda bildirilib.