Multikulturalizm Mərkəzinin yeni dərs vəsaiti nəşr olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən ölkəmizin əksər universitetləri ilə bərabər, dünyanın 22 aparıcı ali təhsil ocağının magistratura pilləsində də “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirir. Hər il bu sıraya yeni xarici ölkə universitetləri əlavə olunur. Fənnin daha çox xarici universitetdə uğurlu tədrisini həyata keçirmək məqsədilə Mərkəz tərəfindən 2017-ci ildə “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaiti hazırlanaraq çap edilib. 2018-ci ildə ingilis dilində çap edilən dərs vəsaiti bu günlərdə rus dilinə tərcümə olunaraq nəşr edilib.

Etiketlər