Argentinanın Buenos-Ayres şəhərindəki “Beynəlxalq Münasibətlər Mərkəzində” Azərbaycan multikulturalizmi modelinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Argentinanın Buenos-Ayres şəhərindəki “Beynəlxalq Münasibətlər Mərkəzində” Azərbaycan multikulturalizmi modelinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Dəyirmi masada alimlər və dövlət rəsmiləri istirak ediblər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə BBMM-in əməkdaşi, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina ölkəmizdəki etno-mədəni və konfessional müxtəliflikdən, multikulturalizmin Azərbaycanda dövlət siyasəti müstəvisində həyata kecirilməsindən, eləcə də “Bakı Prosesi”, mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın oynadığı qlobal roldan söz açan təqdimatla çıxış edib. Tədbirdə həmçinin gələcək təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşliq istiqamətləri də müzakirə olunub.