Azərbaycan Respublikasının Prezidenti
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Şəhidlərə ithaf olunan verilişin qonaqları millət vəkili, professor Musa Qasımlı və politoloq Elşad Mirbəşiroğludur.
BBMM-in “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə həsr olunan verilişin qonaqları tarix elmləri doktoru, AMEA-nın aparıcı elmi işçisi Məhəbbət Paşayeva və Alban Udi Xristian dini icmasının sədri Robert Mobilidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 6-cı buraxılışı yayımlandı. (05.12.2018) "Heydər Əliyev və multikulturalizm" mövzusuna həsr olunan verilişin qonaqları Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanda katolik icmasının başçısı Vladimir Feketedir.Verilişdə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə,Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayev, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus pravoslav kilsəsinin nümayəndəsi Konstantin Pominovun da müsahibələri yer alıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 5-ci buraxılışı. (28.11.2018) Verilişin qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli və efiopiyalı tədqiqatçı Seyfi Tırfedir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin 4-cü buraxılışı. (14.11.2018) Beynəlxalq Tolerantlıq gününə həsr olunan verilişin qonaqları Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin üçüncü buraxılışı. VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Hindistanın "Art of Living" Fondunun mənəvi rəhbəri Şri-Şri Ravi Şankar və İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqusdur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin ikinci buraxılışı.Bakı prosesinin 10 illiyi və VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəmandır.
Verilişdə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda söhbət aparıldı. İlk verilişin qonaqları Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov oldu.