Litva Təhsil Elmləri Universitetində Azərbaycan günü keçirildi

 

litvaBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Litva Təhsil Elmləri Universitetində (LTEU) ilk dəfə olaraq Azərbaycan günü keçirilib. Tədbirdə Litva Pedaqoji Universitetində “Azərbaycan multikutluralizmi” fənnini tədris edən Rafail Həsənov, həmin fənn üzrə təhsil alan tələbələr,Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və səfirliyin digər nümayyəndələri, LTEU rektoru Algirda Qayjutisin, universitetin Filologiya fakültəsinin dekanı professor Gintautas Kundrotas və digərləri çıxış ediblər.

Azərbaycan nümayyəndələri iştirakçılara ölkəmiz haqqında geniş məlumat verib, Litva və Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, Litva Təhsil Elmləri Universitetində Nizami Gəncəvi adına auditoriyanın yaranması, Litvanın Azərbaycan Gəncləri təşkilatının mövcud olmasını qeyd ediblər.

LTEU-nin rektoru Algirda Qayjutis Litva və Azərbaycanın elm, təhsil və mədəni əlaqələrinin yüksək səviyyədə olduğundan bəhs edib, “Azərbaycan multikulturalizmi” fənninin Litva Pedaqoji Universitetində tədris olunduğun vurğulanıb, həmçinin bu istiqamətdə əlaqələrin daha da genişlənməsini arzu eydiyini və bunun üçün əlindən gələni edəcəyini söyləyib.

Запись Litva Təhsil Elmləri Universitetində Azərbaycan günü keçirildi впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.