Rəvan Həsənov: Əsas vəzifələrimizdən biri nəşrlərimizin ölkə xaricində yayılmasını təmin etməkdir

“Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin çap olunması vacib məsələdir. Hamımız bilirik ki, tariximiz illərlə saxtalaşdırılıb. Heç bir mənbəyi olmayan xəritələr ortaya qoyurlar. Ermənilər tərəfindən tarixin saxtalaşdırılması əsrlərdir davam edib.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin fevralın 20-də keçirilən təqdimatı zamanı səsləndirib.

Tariximizlə bərabər toponimlərimizin də saxtalaşdırıldığını qeyd edən icraçı direktor bildirib ki, erməni tarixçilərinin məqsədi Azərbaycan, türk mənşəli bütün tarixi faktları məhv etmək olub.

“Bu, bizim artıq üçüncü layihəmizdir. 1700-ə yaxın toponimin saxtalaşdırılması ilə bağlı “Həqiqətin onomastikası” da bu layihələrdən biridir. Bu xəritə də son işimiz deyil. Qarşıda duran vəzifələrdən biri də nəşrlərimizin nəinki ölkə daxilində, həm də ölkə xaricində geniş oxucu kütləsi arasında yayılmasını, təbliğini təmin etməkdir”, - deyə Rəvan Həsənov vurğulayıb.

Etiketlər