Ərşad Saleh: Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi İraq türkmanlarını da çox sevindirdi

İraq türkmanları öz azadlığı və suverenliyi uğrunda mübarizəsini davam etdirir. Qarabağın işğaldan azad olması və Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi İraq türkmanlarını da çox sevindirdi.

Bu sözləri İraq parlamentinin deputatı Ərşad Saleh oktyabrın 30-da Bakıda keçirilən “İraq türkmanları və Türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq elmi-praktiki konfransda deyib.

Yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edən Ə.Saleh bildirib ki, Türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq və daha da inkişaf etdirmək əsas məqsədlərdən biridir.

“Azərbaycan və türkman eli arasında əlaqələrin yeni mərhələsi başlayır. Bizim könüllərimiz həmişə bir yerdə olub. Xəyallarımız həqiqətə çevrilir. Ortaq tarixi dəyərlərimiz, adət-ənənələrimiz bizi bir-birimizdən ayırmır”, - deyə Ə.Saleh vurğulayıb.

Etiketlər