Müvəqqəti işlər vəkili: İraq hökuməti Qarabağdakı bərpa və quruculuq işlərinə töhfə verməyi düşünür

Azərbaycan ilə İraq arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müvafiq işlər görülür. Düşünürəm ki, bu konfrans ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Bu fikirləri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori “İraq türkmanları və Türk dünyası: tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq elmi-praktiki konfransda səsləndirib.

Ermənistan tərəfindən Qarabağda, Bərdədə, Gəncədə törədilən terror aktlarının ağır nəticələrindən çox təsirləndiyini bildirən müvəqqəti işlər vəkili ermənilərin barbar hərəkətlərinin canlı şahidi olduğunu, bütün bunların hiddət doğurduğunu qeyd edib.

Maki Ressan Al-Mamori deyib: “İraq hökuməti də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə töhfə verməyi düşünür. Biz Azərbaycan hökuməti ilə müəyyən sahələrdə əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparırıq”.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurla ev sahibliyi etdiyini vurğulayan İraqın müvəqqəti işlər vəkili ölkələrimiz arasında əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Etiketlər