Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Multikulturalizmə giriş" fənninin tədrisi ilə bağlı treninqlər başa çatıb

Bildiririk ki, 13 noyabr - 11 dekabr 2021-ci il tarixlərində ali məktəblərdə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlərin ixtisaslarının  artırılması  məqsədilə BBMM tərəfindən treninqlər keçirilib.

11 dekabrda yekun mühazirələr oxunmuşdur. Bunlardan biri, BBMM-nin Analitika şöbəsinin əməkdaşı Fəxri Uğurlu tərəfindən “Multikulturalizmin  cəmiyyətin siyasi, iqtisadi və mədəni inkişafına təsiri” mövzusunda, digəri isə Azərbaycan Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasının elmi işçisi Turan Kərimli tərəfindən “Müasir dövrdə qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi” mövzusunda keçirilmişdir.