Azərbaycanda yaşayan Molokanlar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca dördüncü olan filmdə Azərbaycanda yaşayan malakanlar, onların yaşam tərzi, adət-ənənələri, mədəniyyəti, ibadət yerləri barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film isə "Biz birlikdə güclüyük" adı altında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan müxtəlif xalqların fəaliyyətinə həsr edilmişdi.

 

Etiketlər