Ingiloyların Maddi Mədəniyyəti

Əsərdə Azərbaycanın etnik palitrasında görkəmli yer tutan ingiloyların maddi mədəniyyəti tarixi - etnoqrafik baxımdan hərtərəfli nəzərdən keçirilib təhlil olunmuşdur. İngiloyların mənşəyi və etnik tarixi ilə üzuk surətdə bağlı olan maddi mədəniyyət ünsürlərini araşdırarkən müəllif əsas diqqətini Azərbaycan tarixşünaslığında kifayət qədər tədqiq olunmamış bir məsələyə - Alazan vadisində tarixən qarışıq yaxud sıx qonşuluq şəraitində məskunlaşmış müxtəlifdilli etnosların birgə səyləri nəticəsində yaranmış mədəniyyət örnəyinin müştərək səciyyə daşımasına yönəltmişdir. Bu ortaq mədəniyyətin yaranmasında ümumi oxşar cəhətlərlə yanaşı , hər bir etnosun , o cümlədən də ingiloyların özünəməxsus payı , fərqli xüsusiyyətləri olmuşdur. Əsas diqqət də məhz etnosun kökləri ilə bağlı olan həmin xüsusiyyətlərin araşdırılmasına yönəldilmişdir

Kitabı yüklə