BAKI BEYNƏLXALQ MULTİKULTURALİZM MƏRKƏZİNİN STRUKTURU

 

Himayəçilər Şurasının sədri    
        

 

Kamal Mehdi oğlu Abdullayev - Akademik, Azərbaycan Dillər Universitetinin rektoru   (1 iyun 2017), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017), əməkdar elm xadimi, AMEA-nin həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Xalq yazıçısı, alim, ictimai xadimdir. Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Rus PEN- klubunun üzvü, Moskva Şəhər Pedaqoji Universiteti (Rusiya Fede- rasiyası) və Poltava İqtisadiyyat və Ticarət Universitetinin (Ukrayna) fəxri doktorudur.

Himayəçilik Şurasının üzvləri

   
 

Əliyeva Leyla İlham qızı - Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondu- nun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Баку” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqə- ləndiricisi, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin təsisçisidir.

 

Nəcəfov Etibar Əli oğlu - Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri (2018), Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professordur.

 

Əlizadə Akif Ağamehdi oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nin Geologiya İnstitutunun direktoru, AMEA-nin həqiqi üzvü, geologiya - mineralogiya elmləri doktorudur, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qafqaz regional idarələrarası stratiqrafik ko- missiyasının sədri, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatıdır.

  Əbdüləziz bin Osman əl-Tüveycri - İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının (FUİW) baş katibi.
 

Əlizadə Firəngiz Əliağa qızı - Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

 

Mixail Zabelin -- Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri.

     
  Tahir Salahov - Rus İncəsənət Akademiyasının vitse- prezidenti
 

Aleksandr Şarovski - Azərbaycan aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru,1988-ci ildə “Əməkdar artist”, 1999-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

  Koiçiro MatsuuraUNESCO-nun (1999-2009) səkkizinci baş direktoru, diplomat.

 

BBMM  - in icra strukturu

   
  Rəvan Həsənov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
  Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Müşaviri
  Yadigar Məmmədli - İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri
  Rəşad Mahir İlyas  - Analitika şöbəsinin müdiri
  Abbas İsmayilov - Layihələr şöbəsinin müdiri