BAKI BEYNƏLXALQ MULTİKULTURALİZM MƏRKƏZİNİN STRUKTURU

 

Himayəçilik Şurasının sədri    
        

 

Kamal Mehdi oğlu Abdullayev - Akademik, Azərbaycan Dillər Universitetinin rektoru   (1 iyun 2017), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017), əməkdar elm xadimi, AMEA-nin həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Xalq yazıçısı, alim, ictimai xadimdir. Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Rus PEN- klubunun üzvü, Moskva Şəhər Pedaqoji Universiteti (Rusiya Fede- rasiyası) və Poltava İqtisadiyyat və Ticarət Universitetinin (Ukrayna) fəxri doktorudur.

Himayəçilik Şurasının üzvləri

   
 

Əliyeva Leyla İlham qızı - Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Баку” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin təsisçisidir.

 

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktorudur.

 

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür.

  Əbdüləziz bin Osman əl-Tüveycri - İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının (FUİW) baş katibi.
 

Əlizadə Firəngiz Əliağa qızı - Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

 

Mixail Zabelin -- Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri.

     
  Nailə Vəlixanlı - Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.
 

Aleksandr Şarovski - Azərbaycan aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru,1988-ci ildə “Əməkdar artist”, 1999-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

  Koiçiro MatsuuraUNESCO-nun (1999-2009) səkkizinci baş direktoru, diplomat.

 

BBMM  - in icra strukturu

   
  Rəvan Həsənov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
  Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Müşaviri
  Yadigar Məmmədli - İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri
  Rəşad Mahir İlyas  - Analitika şöbəsinin müdiri
  Abbas İsmayilov - Layihələr şöbəsinin müdiri