Qış Məktəbinin iştirakçısı: Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsi digər ölkələr tərəfindən öyrənilməlidir

Azərbaycana ikinci dəfədir gəlirəm. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsində iştirak etməklə Azərbaycanın multikultralizm modelini öyrənirəm. Azərbaycan tolerantlıq mühitinin inkişafı sahəsində böyük uğurlar əldə edib. Düşünürəm ki, dünya dövlətlərinin, xüsusilə postsovet ölkələrinin Azərbaycanın multikulturalizm sahəsində təcrübəsindən öyrənəcəyi çox məsələlər var.

Bu sözləri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Tacikistandan olan iştirakçısı Amreddin Siraceddinov söyləyib.

A.Siraceddinov Tacikistandakı Mərkəzi Asiya Universitetində magistratura pilləsində təhsil alır. Eyni zamanda, ölkələrin multikultralizm modellərinin tədqiqatçısıdır.

“Azərbaycanda dövlətin azsaylı xalqlara və etnoslara, müxtəlif konfessiyaların nümayəndələrinə münasibəti nümunəvidir”, - deyə layihə iştirakçısı bildirib.