Multikulturalizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

 

1

Dekabrın 12-də  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinin anma gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqə sükutla ehtiramla yad edib.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Mərkəzin əməkdaşları Tofik Abbasov, Rəşad İlyasov və Yadigar Məmmədli ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətlərindən danışıblar. Çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.

Sonda Ümummilli liderin keçirdiyi mənalı ömür yoluna həsr edilmiş sənədli film nümayiş olunub.

Запись Multikulturalizm Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.