İcraçı direktor Rəvan Həsənov beynəlxalq konfransda çıxış edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Pakistan Sülh Barışıq və Yenidənqurma Araşdırmaları Mərkəzi, İslam Araşdırmaları İnstitutu, Qazaxıstan Respublikasının Nursultan Nazarbayev Dinlərarası və Sivilizasiyalararası Dialoqun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq sülhün, dayanıqlı sosial-iqtisadi inkişafın əldə olunmasında dini liderlərin rolu” mövzusunda onlayn formatda keçirilən beynəlxalq konfransda çıxış edib. Rəvan Həsənov Azərbaycandakı multikultural və tolerant mühit, dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib. Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülmüş "Bakı Prosesi"ndən bəhs edib. 30 il davam edən işğal dövründə ermənilərin Qarabağda törətdikləri dağıntılar, vandalizm aktları haqqında danışıb. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən solnra Qarabağda aparılan quruculuq işlərini diqqətə çatdırıb.