Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirləri davam etdirir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində silsilə tədbirləri davam etdirir. 
Silsilə tədbirlər çərçivəsində mayın 17-də Gürcüstanın İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetində mühazirə keçirilib. Mühazirədə universitetin müəllimi Zurab Qotseridze Heydər Əliyevin fəaliyyəti haqqında dolğun məlumat verib. Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Viktor Qoqaşvili isə Azərbaycan multikulturalizmi modelindən bəhs edib.
Mühazirə fəal diskussiya ilə başa çatıb.
Qeyd edək ki, Mərkəz ilin sonuna qədər “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsinin icra olunduğu ali təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbirlər keçirməyi nəzərdə tutur.

Etiketlər