İraqlı qonaq Multikulturalizm Mərkəzinin qonağı olub

İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Muataz Muhi Abdulhamed Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub. Muataz Muhi Abdulhamed eyni zamanda, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və "Sədaqə" ("Dostluq") qəzetinin baş redaktorudur. Qəzetdə mütəmadi olaraq Azərbaycanla bağlı materiallara geniş yer verilir.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman qonağa Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. Qonaq da öz növbəsində, ölkəmizə olan marağından, Azərbaycan multikulturalizm modelinin önəmindən danışıb. Görüşdə iki qurum arasında əməkdaşlıq münasibətlərinin qurulması barədə razılıq əldə edilib. 
Sonda qonağa Mərkəzin ingilis dilində nəşr etdiyi kitablar hədiyyə edilib. Görüşdə qonağı müşayiət edən AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidov və BBMM-in şöbə müdiri Yadigar Məmmədli iştirak edib.

Etiketlər