Yay məktəbinin iştirakçısı: Məqsədimiz Azərbaycanın multikulturalizm ideyalarını yaymaq və təbliğ etməkdir

 

Untitledфыф-1

 V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları təəssüratlarını bölüşüblər. 

 

Venus Lui Meyi ( Honqkonq ) :

 

İlk dəfədir Azərbaycana səfər edirəm. Bura gəlmək çoxdankı arzum idi. Azərbaycan mənim üçün həmişə çox böyük maraq doğurub. Gəldim, gördüm. Həqiqətən də çox füsunkar ölkəniz var.

Qaxda təşkil olunan yay məktəbində çox səmərəli vaxt keçirdiklərini, gözəl anlar yaşadıqlarını vurğulayan honkonqlu gənc layihədə iştirak etməkdən məmnun qaldığını bildirib. Azərbaycanın tarixilik baxımından çox zəngin bir ölkə olduğunu qeyd edən Lui Meyi proqramda nəzərdə tutulan digər bölgələrə ekskursiyaları da böyük səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

 

Ulisses Lisbea ( Brazilya ) :

Azərbaycana ikinci dəfədir səfər edirəm. Əvvəlki gəlişimdə Gəncə, Şəki, İsmayıllı və Qəbələdə oldum. Çox sevinirəm ki, bu dəfə Azərbaycanın multikulturalizm modeli ilə də tanış olmaq imkanımız var.

Azərbaycanla öz ölkəsi arasında bir çox oxşar cəhətlərin olduğunu vurğulayan qonaq deyib: “Braziliyada da Azərbaycan multikulturalizminə oxşar model var. Mənim ölkəmdə də çoxmədəniyyətlilikdir və orada müxtəlif mədəniyyətlərin nümayəndələri yaşayırlar. Düşünürəm ki, yay məktəbinin davam etdiyi müddətdə Azərbaycan multikulturalizmi ilə daha yaxından tanış ola biləcəyəm”.

 

 

Salomea Lukayte ( Litva ) :

 

Azərbaycanın Gənc Dostları Klubu olaraq biz artıq yeni-yeni ölkələrdən – Çindən, Yaponiyadan, Qazaxıstandan, Asiyanın və Avropanın digər ölkələrindən gələn 40-dək tələbəni öz sıralarımıza qoşduq.

Litvalı tələbə deyib: “Klubumuzun üzvləri müxtəlif mədəniyyətlərin yayılmasında, birgə təbliğində çox böyük rol oynaya bilərlər. Onların hər biri öz mədəniyyətlərini təmsil edir. Azərbaycanın gənc dostları olaraq bizim əsas məqsədimiz ölkənizin multikulturalizm dəyərlərini, ideyalarını daha geniş şəkildə yaymaq və təbliğ etməkdir”.

 

 

 

 

Запись Yay məktəbinin iştirakçısı: Məqsədimiz Azərbaycanın multikulturalizm ideyalarını yaymaq və təbliğ etməkdir впервые появилась Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.