Akademik Kamal Abdulla TÜRKSOY-un “Şərəf” medalı ilə mükafatlandırılıb

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının görkəmli elm adamlarını “Şərəf” medalı ilə mükafatlandırıb. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla da mükafatlandırılanlar arasındadır.

Mükafatlandırma mərasimi Ankarada TÜRKSOY-un Mərkəzi Qərargahında keçirilib.

Əvvəlcə TÜRKSOY-un Baş katibi Sultan Rayevin çıxışı dinlənilib.

Mükafatlandırılan alimlər çıxış edərək türk dünyasının ali təltifinə layiq görüldükləri üçün minnətdarlıqlarını ifadə ediblər. TÜRKSOY-un geniş miqyaslı və faydalı fəaliyyəti yüksək dəyərləndirilib.

“Şərəf” medalı, həmçinin Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulyukbek Yesdaulet və Qırğızıstandan görkəmli ədəbiyyatçı və türkoloq Osmanakun İbraimova da təqdim edilib.

Qeyd edək ki, “Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır.

Etiketlər