Qış Məktəbinin iştirakçıları Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində olublar

“Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” XI Beynəlxalq Multikulturalizm Qış məktəbi çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində konfrans keçirilib. Azərbaycandakı multikultural ənənələr, dinlərarası münasibətlər, mədəni irsin qorunması, həmçinin işğaldan azad olunmuş ərazilərdə törədilən erməni vandalizmindən danışılıb. 30 illik işğal nəticəsində 67 məsciddən 65-nin dağıdıldığı bildirilib. Ermənilərin Şuşadakı Yuxarı Gövhər ağa məscidindən başqa, İrəvandakı Göy məscidi də fars mədəniyyətinin örnəyi kimi təqdim etdikləri diqqətə çatdırılıb. Qış məktəbində 17 ölkədən 20-dən çox tələbə və tədqiqatçı iştirak edir.