Azərbaycanda yaşayan saxurlar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca doqquzuncu olan filmdə Azərbaycanda yaşayan saxurlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan birliyə, dördüncü film - Azərbaycanda yaşayan malakanlara, beşinci film Azərbaycanda yaşayan ingiloylara, altınci film Azərbaycanda yaşayan talışlara, yeddinci film Azərbaycanda yaşayan axıska türkləri, səkkizinci film isə Azərbaycanda yaşayan avarlara həsr edilmişdi.