Azərbaycanda yaşayan avarlar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca səkkizinci olan filmdə Azərbaycanda yaşayan avarlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan birliyə, dördüncü film - Azərbaycanda yaşayan malakanlara, beşinci film Azərbaycanda yaşayan ingiloylara, altınci film Azərbaycanda yaşayan talışlara, yeddinci film isə Azərbaycanda yaşayan axıska türklərinə həsr edilmişdi.

 

Etiketlər