Bakı Yeparxiya İdarəsinin katibi Multikulturalizm Mərkəzinin qonağı olub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakı Yeparxiya İdarəsinin katibi, arximandrit Aleksiy Nikonorovla görüşüb. Görüşdə R.Həsənov qonağa Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün müzakirələr aparılıb.