İsmayıl Kikibai: Qarabağda dağıdılmış şəhərləri, kəndləri görmək ürəkağrıdan səhnələr idi

Multikulturalizmin hökm sürdüyü bu ölkədə olmaqdan çox məmnunam. Bizim nümayəndə heyətinə həm yəhudilər, həm xristian yepiskop və keşiş, həm də müsəlman din xadimləri daxildir. Biz Azərbaycanda gördüklərimizdən çox şadıq.

Bu fikirləri Los-Anceles İnqlvud İslam Mərkəzinin direktoru İsmayıl Kikibai Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Bütün təhdidlərə qarşı multikulturalizm və dini harmoniyanın təmin olunması” mövzusuna həsr olunan dəyirmi masadan sonra jurnalistlərə müsahibəsində söyləyib.

O bildirib ki, Azərbaycanda dini harmoniya və dinc şəraitdə birgəyaşayış hökm sürür. “Biz, eyni zamanda, işğaldan azad olunmuş torpaqlara - Qarabağa da səfər etdik. Qarabağda dağıdılmış şəhərləri, kəndləri görmək ürəkağrıdan səhnələr idi. Digər tərəfdən Azərbaycan o torpaqlarda bərpa və yenidənqurma işlərinə start verib. Ümid edirəm ki, dağıdılmış obyektlər tezliklə bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılacaq. Azərbaycandakı dini harmoniya və sülh içində yaşayış həmin torpaqlara da sirayət edəcək”, - deyə İsmayıl Kikibai əlavə edib.