Azərbaycanda yaşayan ingiloylar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca beşinci olan filmdə Azərbaycanda yaşayan ingiloylar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti, ibadət yerləri barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan birliyə, dördüncü film Azərbaycanda yaşayan malakanlara həsr edilmişdi.