Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Multikultural elmi - tədqiqat müsabiqəsi - 2021” adlı müsabiqə elan edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi elmi-tədqiqatçılar üçün multikulturalizm  sahəsində yeni imkanlar və elmi  istiqamətləri müəyyənləşdirməyə imkan verən müsabiqə  elan edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  təşkil etdiyi  “Multikultural  elmi-tədqiqat müsabiqəsi-2021” yüksək beynəlxalq standartlara cavab verən, sözün ən müsbət mənasında multikulturalizm üzrə yüksək səviyyədə təşkil ediləcək elmi - tədqiqat və yaradıcılıq layihələrini dəstəkləyir. Elan edilən  müsabiqə multikulturalizm üzrə araşdırma aparan tədqiqatçıların elmi bilik və bacarıqlarını genişləndirməyə imkan verir. Məqsədimiz  multikulturalizm üzrə  keyfiyyətli tədqiqatları təşviq etmək və elmi mükəmməllilik  əsasında tədqiqatçıların apardıqları elmi araşdırmaları dəstəkləməkdir.

Elan olunan elmi-tədqiqat müsabiqəsinin tələblərinə uyğun olan və qalib olacaq  namizədlər birmənalı olaraq multikulturalizm sahəsində ciddi elmi araşdırma aparan  tədqiqatçılar olmalıdır. Qoyulan tələblərdən biri də uyğun namizədlərin müsabiqə proqramına müraciətdən ən azı 2-3 il öncə doktorluq dərəcələrini bitirmiş olmalarıdır. “Multikultural elmi tədqiqat müsabiqəsi - 2021”-in əsas missiyası multikulturalizm sahəsi üzrə araşdırma aparan potensiallı elmi tədqiqatçıları kəşf etmək və mükafatlandırmaqdır. Müsabiqədə həm yerli, həm də xarici alimlərin iştirakı nəzərdə tutulur.

Kvota: 3 Elmi tədqiqat layihəsi;

Maliyyələşmə: 5000 ABŞ dolları

Müsabiqənin  müddəti: 6 ay

 

Qalib olan elmi-tədqiqat layihələri eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən kitab formatında qaliblərə dəstək məqsədi ilə də nəşr ediləcəkdir.

 

 “Multikultural elmi-tədqiqat müsabiqəsi - 2021” aşağıdakı mövzular üzrə tədqiqatın aparılmasını nəzərdə tutur:

• Azərbaycanın multikulturalizm modeli,

• Qafqaz Albaniyasının tarixi və mədəni irsi,

• Azərbaycanda xristianlığın tarixi,

• Dini radikalizm və ekstremizmin qarşısının alınmasında multikulturalizmin rolu,

• Mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın rolu,

• Multikultural Marketinq: Etnik kimliklərin idarə edilməsi,

• Ali təhsildə multikulturalizm,

• Multikulturalizm və dini kimlik,

• Multikulturalizm və müxtəliflik: Mədəni psixologiya,

• Multikulturalizm: Nailiyyətlər və problemlər,

• Kütləvi İnformasiya Vasitələrində irqçilik və mədəni müxtəliflik,

• Tolerantlıq və mədəni müxtəliflik.

 

Bakı Beynəlxalq Multikulturlizm Mərkəzi tərəfindən hazırlanan xüsusi format üzrə təqdim edilən  Elmi-tədqiqatlar ingilis, türk, rus və alman dillərində təqdim edilə bilər.

Müsabiqə proqramı üçün təqdim edilən elmi tədqiqatların yoxlanılması və qaliblərin müəyyən edilməsi üçün təşkil edilən Rəyçi Qrupu beynəlxalq mütəxəssislərdən ibarətdir.

Müsabiqədə iştirak etmək üçün lazımi sənədlər və tələblər haqqında geniş məlumat aşağıda qeyd edilən veb-səhifədə yerləşdirilib. Maraqlananlar elmi-tədqiqat layihələrini ijhsdr@gmail.com  elektron poçt ünvanına  göndərməlidirlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 1 avqust, 2021-ci il tarixinə qədər veb-səhifədə yerləşdirilən iştirak üçün ərizə formasını, tam hazırlanmış elmi-tədqiqat layihəsini isə 2021-ci il dekabr ayının 1-nə qədər göndərməlidirlər. Müsabiqə ilə bağlı hər hansı sualı olanlar dr.Xəyalə Məmmədovaya (khayalaakifkizi@gmail.com)  müraciət edə bilərlər.

“Multikultural elmi-tədqiqat müsabiqəsi - 2021” haqqında əlavə məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:

https://www.gparc.net/about-1  

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Etiketlər