Reallıqlar yaradan ölkənin böyük sərvəti

Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış Vətən müharibəsi regionda yeni reallıqlar yaratmaqla yanaşı, fərqli xalqlar mədəniyyətlər arasında sağlam münasibətlərin, birgəyaşayış normalarının formalaşmasında ölkəmizin zəngin təcrübəsinin üstünlüklərini bir daha nümayiş etdirdi. Azərbaycan nadir etnik və dini rəngarəngliyə malik olan ölkədir. Lakin onun unikallığı isə həyat tərzinə çevrilmiş bu müxtəlifliyin şarmoniyası, multikulturalizmin Azərbaycan modelinin ənənə xarakteri alması dövlətin demokratik qanunları ilə daha da möhkəmləndirilməsidir. Ölkədə müxtəlif dinlərin və xalqların nümayəndələri qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində yaşayır, ölkənin iqtisadi-siyasi və mədəni inkişafında, onun ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayırlar. Burada sağlam birgəyaşayış mühiti ən qiymətli miras kimi nəsildən-nəsilə ötürülməkdədir.    

       Bu ilin mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu unikallığı tarixi tarixi dövlətimizin misilsiz sərvəti adlandıraraq, onun inkişaf etdirilməsi, multikulturalizmin və tolerantlığın əhəmiyyətinin qorunması istiqamətində əldə edilən nailiyyətlərə də toxunmuşdur. Dövlət başçısı qeyd elmişdir ki,  Azərbaycan Respublikasının bu misilsiz nailiyyətləri, xalqlar və burada fəaliyyət göstərən konfessialar arasında əsrlər boyu davam etmiş sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi monoetnik və monokonfessional dövlətə, əşalisi isə natamamlıq kompleksindən əziyyət çəkən etnik topluma çevrilmiş irqçi Ermənistanda həmişə qıcıq hissi oyatmışdır. Onun Azərbaycandakı xalqların və dinlərin əsrlər boyu formalaşmış əməkdaşlığına qarşı yönəldilən istənilən pozuculuq fəaliyyəti, təxribat cəhdləri əslinə qalsa, tamamilə əks-effekt yaratmış, bərabərlik və həmrəylik münasibətlərini daha da möhkəmləndirmişdir. Dövləçt başçısı bildirmişdir ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpmək, süni qarşıdurmalar yaratmaq olmuşdur. «Onlar bu niyyətlərini gizlətmirdilər və belə hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər». Qeyd etmişdir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi düşmən dövlət üçün bir nömrəli hədəf olmuşdur. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, Azərbaycanın böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir.

      2020-ci ilin sentyabrında Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində ciddi tələfat verərək geri çəkilən Ermənistan və ona hərbi-siyasi havadarlıq göstərən bəzi dövlətlər beynəlxalq ictimaiyyəti münaqişənin əsil səbəblərindən yayındırmaq üçün növbəti siyasi-ideoloji təxribata əl ataraq, münaqişənin güya etnik və dini xarakter daşıması, Azərbaycan Respublikasının döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin guya zorən cəlb etməsi barədə çirkin məlumat yaymağa başlamışdır.  Azərbaycanın qırx dörd gün ərzində apardığı Vətən müharibəsinə və onun tarixi qələbəsinə məhz etnomədəni münasibətlər konteksdən yanaşılanda qürurverici mənzərənin şahidi oluruq. İlk növbədə vurğulamaq lazımdır ki, islamofob Ermənistanın və onun himayədarların münaqişəni, «dinlərarası toqquşma» kimi təqdim etmək cəhləri əslində düşmən dövlətin işğalçılıq siyasətini bu bəhanə altında gizlətmək cəhdindən başqa bir şey deyildir və reallıqları məqsədli şəkildə təhrif etmək, beynəlxalq ictimaiyyətdə yanılış təsəvvürlər yaratmaq istəyindən irəli gəlir. Artıq dünya ictimaiyyəti də yaxşı bilir ki, etnik və dini baxımdan rəngarəng olan Azərbaycan Respublikası xristianlıqla deyil, öz tarixi torpaqlarını işğaldan azad olunması uğrunda mübarizə aparırdı. İkincisi, Azərbaycan silahlı qüvvələrinin tərkibində azərbaycanlılar - ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri – müsəlmanlar, xristianlar və yəhudilər döyüşmüşlər. Bu insanları isə saxta dini şüarlar deyil, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin «Qarabağ Azərbaycandır!»  çağırışı birləşdirirdi. Onların arasında misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalanlar, yaralanlar və Azərbaycan Respublikasının ali orden və medalları ilə təltif olunanlar vardır.

     Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordumusunun sıralarında Azərbaycanda yaşayan xalqların və dini icmaların çoxsaylı nümayəndələri - əsgər və zabitləri vardır və onlar vətənimizin işğaldan azad olunmasında xüsusii fədakarlıq göstərirlər. Azərbaycan xalqı qəhrəman oğullarını, şəhid övladlarını etnik və dini mənsubiyyətinə görə ayırmır, Vətən torpaqlarının azadlığı uğrunda canıqdan keçmiş hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Prezidenti İlham Əliyev Azərbaycanın tarixi zəfərində böyük rol oynamış bu barədə demişdir: «Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir».

      Bu isə  o deməkdir ki, Azərbaycan Respublikasının düşmən üzərində tam və qəti qələbəsi üç amllə sıx şəkildə bağlıdır. Birinci amil Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Ədiyevin yüksək sərkərdəlik məharətində, onun mükəmməl hərbi-siyasi strategiyasında özünü göstərir. İkinci amil Azərbaycan ordusunun peşəkarlığına, yuksək döyüş əzmin söykəndiyi halda, sonuncu mühüm şərt sözssüz ki, Azərbaycanda bərqərar olmuş milli birlik və vətəndaş birliyi, vahid və bölünməz Vətənimiz, gələcəyimiz naminə xalqlarımız, fərqli dini icma nümayəndələri arasında sarsılmah ittifaqdır.

      Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Prezident çıxışında bir məqama da diqqət ayırmışdır. Azərbaycandakı etnik və dini icmaların nümayəndələri təkcə torpaqlarımızın düşməndən azad olunmasında deyil, informasiya müharibəsində də fəal iştirak etmiş, Azərbaycan reallıqları, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan xalqlarına, onların maddi-mədəni irsinə qarşı yönəldilmiş etnik təmizləmə və vandalizm aktları barədə həliqətlərin dünya ictimaiyyətinə çatdırmışlar. Heç də təsadüfi deyildir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təbliğat işində fərqlənmiş etnik və dini icmaların rəhbərlərinə təşəkkürünü bildirmiş, onları xatirə hədiyyələri ilə mükafatlandırmışdır.

 

Rəvan Həsənov,

 Bakı Beynəlxalq Multikulturalizm

Mərkəzinin icraçı direktoru

 

 

 

Etiketlər