Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Avar icmasının rəhbəri Məhəmməd Nooyevin başçılıq etdiyi bir qurup icma üzvü ilə görüşüb

Görüşdə Qarabağ Vətən Müharibəsinin Qəhrəmanı Ramazan Hudulov, atası İzzət Hudulov və BBMM tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqlarının birliyinin və bərabərliyinin, torpaqlarımızın düşmənin işğaldan azad olunması uğrunda birgə mübarizəsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi ictimai fəallığa görə təşəkkürnamə ilə təltif edilən Gülzar Səfərova və Elşad Qoqayev iştirarak edib. Görüşdə Azərbaycanda əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində birğə yaşayan xalqların Vətən müharibəsində istər doyüş meydanında göstərdikləri misilsiz qəhrəmanlıqlar, istərsə də, arxa cəbhədə və informasiya savaşında sərgilədikləri möhtəşəm fəaliyyət barədə geniş söhbət edilib. Sonra Qarabağ Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulova Mərkəzin nəşr etdiyi kitablar hədiyyə edilib.