Azərbaycanda ilk İnnovativ Rəqəmsal Kitab nəşr olundu

      Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb.  Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.      Bu innovativ kitabçalar  qısa vaxt  ərzində sizi Azərbaycanın Azsaylı xalqları  mədəni müxtəlifliyi onların həyat tərzi , mədəniyyəti, abidələrini  və geyimləri hətta heç bir disk quraşdırmadan musiqiləri ilə tanış edəcəkdir.  Kitablar  vasitəsi ilə Azərbaycanda yerləşən  müxtəlif xalqların abidələri,  kilsə , sinaqoqlara vizual səyyahət edə biləcəksiniz və bu kitablar  sizdə  Azərbaycanın  tolerantlığı,  Azərbaycançılıq idealogiyası haqqında təsəvvür yaradacaqdır.  Bu innovativ kitablar Azərbaycanda ilk dəfə  nəşr olunmuşdur. Kitabda İnnoBook genişlənmiş reallıq  proqramından istifadə olunmuşdur.  Əziz dost inanıram ki, bu kitab sizdə Azərbaycançılıq idealogiyası və multikultural tolerant hisslərin,düşüncənin yaranmasında vasitə olacaqdır.

Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  Dəstəyi ilə nəşr olunmuşdur.  Proqram təminatı isə ” Müasir Qadın və Cəmiyyət” İB təşəbbüsü ilə Fidan Maqsudova tərəfindən yazılmışdır.

Kitabda İNNOBOOK proqramından istifadə olunmuşdur. Səhifələrdəki abidələrə vizual səyyahət edərək  azsaylı xalqların abidələri,   geyim , musiqilərini  kitabda dinləmək və görmək  üçün  play store və google play  tətbiqlərinə daxil olaraq  innobook  yazaraq  tətbiqi   endirin və səyyahət başlasın.  Kitabı əldə edərək  , bu linkdən  : https://play.google.com/store/apps/details?id=com.YagmurMedya.InnoBookGRTv1
və ya QR kodu oxudaraq proqramı endirin və kameranı kitablardakı səhifələrə yaxınlaşdıraraq səyyahətə başlaya bilərsiniz.

Qeyd: Proqram sadəcə Azərbaycanda google play dəstəkləyən android cihazlarında istifadə oluna bilər. Nəşrlə bağlı rəy və təkliflərinizi  inno_ book FB İnstagram səhifələrində paylaşa   bilərsiniz.