Prezident İlham Əliyev Ermənilərin İşğal altında olan torpaqlarımızdakı məscidlərimizdə törətdiyi vandalizm aktlarına münasibət bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.
Turkustan.info Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir.

“Son bir neçə il ərzində Prezident Ruhani ilə bizim 10-dan çox görüşümüz olubdur. Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı, bu sənədlər demək olar ki, bütün sahələri əhatə edir”.

“Biz həmişə beynəlxalq təşklilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. Biz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk. Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Emənistanın addımlarını pisləyən qətnamələr qəbul etmişdir və açıqlamalar vermişdir. İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir”.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib”.

“Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

https://turkustan.info/2020/09/07/ilham-%c6%8fliyev-iran-s%c9%99firin%c9%99-erm%c9%99nil%c9%99r-m%c9%99scidl%c9%99rimizd%c9%99-heyvan-saxlayirlar/?fbclid=IwAR2LLrBNSYqdkUC4hXpzDHU23s3ExuWtdzsXLVo-rd14tx1u0qifOQ1emjY

Etiketlər