Azərbaycan multikulturalizmi ABŞ mətbuatında

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandığı gündən etibarən Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan multikulturalizmi modelinin təşviq və təbliğ edilməsi istiqamətində gördüyü işlərin mühüm bir istiqaməti xarici ölkə mediasında bu mövzu ilə bağlı mütəmadi olaraq elmi məqalələrin dərc edilməsidir. Çox yaxşı haldır ki, bu missiyaya xüsusi töhfə verən xeyli sayda alim və araşdırmaçılarımız, tələbələrimiz də vardır. Bu qəbildən növbəti uğurlu addım atılıb. ADA universitetinin  tələbələri Aydan Bağırlı, Zahirə Yusifova, Fatimə Fətəliyeva, Elvin Vəliyev və Murad Məlik-Aslanov universitetin müəllimi Tamilla Məmmədovanın rəhbərliyi ilə ABŞ-ın Fairfield Universitetinin rəsmi saytında digitalcommons.fairfield.edu “Multikulturalizm dini tolerantlığa yol kimi” adlı məqalə dərc ediblər. Məqalə dünya miqyasında dini təzyiq hadisələrinin tüğyan etdiyi bir dönəmdə Azərbaycanın multikultural durumunun örnək model olması, dini dözümsüzlüklə mübarizədə nümunəvi ölkə olduğu vurğulanır və insanlar arasında qarşılıqlı hörmət və dözümlülüyü aşılamağın ən yaxşı yolu kimi multikulturalizm  təqdim edilir.

Multiculturalism as a way to religious tolerance.pdf