Multikulturalizm Mərkəzi xarici tələbələr üçün videokonfrans keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyada yaranan koronovirus pandemiyasına baxmayaraq, Azərbaycan multikulturalizm modelinin xarici ölkələrdə təbliğini online tədbirlər şəklində davam etdirir. Bu tədbirlər çərçivəsində növbəti layihə gerçəkləşdirilib.Multikulturalzm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina 
Ukraynanın Taras Şevçenko və Boris Qrinçenko adına Kiyev  universitetlərinin jurnalistika institutlarının tələbələrinə 
"Azərbaycan multikulturalizm modeli" mövzusunda mühazirə oxuyub. Mühazirə online şəkildə həyata keçirilib. Qeyd edək ki, mühazirə iştirakçıları həm də BBMM-in Ukraynadakı gənclər arasında keçirdiyi videoçarx müsabiqəsinə qatılan tələbələrdir. 
Azərbaycan multikulturalizminə həsr olunan müsabiqənin  kuratoru isə Marina Qonçarukdur.