Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bütün yəhudi xalqını səmimi qəlbdən təbrik edir

Tolerant və multikultural dəyərlərin yüksək şəkildə təşəkkül tapdığı Azərbaycanda dilindən, dinindən, irqindən və milliyətindən asılı olmayaraq, hər bir kəs azad yaşamaq hüququna malikdir. Azərbaycan ərazisində qədim zamanlardan məskunlaşmış və çox maraqlı adət-ənənələrə sahib olan yəhudi xalqı 8-16 aprel tarixlərində Pesax bayramını qeyd edir. Azadlıq və bahar mənasını verən bu gözəl bayram münasibətilə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bütün yəhudi xalqını səmimi qəlbdən təbrik edir, xoşbəxt və sağlam həyat arzulayır.

Etiketlər