Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edəcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Koronavirusala Mübarizəyə Dəstək Fonduna 20000 manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
Müvafiq vəsait Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.