Multikulturalizm məktəbi qonaqları qəbul etməyə hazırdır

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 20 ölkədən gələn təxminən 30 əcnəbi tələbənin, həmçinin Azərbaycan ali məktəblərinin nümayəndələrinin iştirak edəcəyi növbəti qış məktəbini həyata keçirməyə hazırdır. Qış məktəbinə Azərbaycan multikulturalizminə dair təlim kursu keçmiş və Azərbaycan dövləti, onun tarixi və mədəniyyəti barədə təsəvvürü olan xarici universitet nümayəndələri də dəvət alıblar.

Seçim xeyli sayda ölkənin yüzlərlə tələbəsi arasında aparılmışdır, onlara onlayn-müsabiqədə iştirak etmək imkanı verilmişdir. BBMM jürisinin mühakiməsinə təqdim olunmuş müəllif esseləri vasitəsilə daha hazırlıqlı iştirakçılar müəyyən edilmişdir.

Azərbaycanın həyatı və keçmişi barədə dərin biliklərini nümayiş etdirən seçilmiş tələbələr bir neçə gün ərzində ölkədə qalacaq və etno-dini müxtəliflik ənənələri ilə tanış olacaqlar.

Yaranmış ənənəyə əsasən, məktəb iştirakçıları Bakıda toplaşacaq, sonra mərkəzi Quba olan şimal regionundakı bazaya keçəcəklər. Məktəbin tədris-metodiki və praktiki işinin əsasını azərbaycanlı alim və mütəxəssislərin mühazirələri təşkil edir. Mühazirəçilərin tələbə auditoriyası ilə interaktiv qarşılıqlı əlaqə üslubu məktəb iştirakçılarına imkan verəcək ki, milli və dini azlıqlarının həyatının hikməti ilə tanış olsunlar, multikulturalizmin Azərbaycan modelinin nəzəri və praktiki tərəflərini qavrasınlar.

Qış məktəbinin proqramına həmçinin ibadət yerlərinə ziyarət, icmalarla görüş və həyati problemlərin müzakirəsi daxildir.

Azərbaycanın sayca onuncu multikulturalizm məktəbinin iştirakçıları mədəni müxtəlifliyin milli modelinin xüsusiyyətləri ilə tanış olduğu vaxt beynəlxalq səviyyəli prosesə mühüm təsir göstərərək sərhədləri genişləndirən davamlı qlobal mədəniyyətlərarası dialoqun şahidinə çevriləcəklər.

Beynəlxalq mədəni-humanitar əlaqələr proqramında fəal iştirak sərgiləyən Azərbaycan dünyəvi dairələr tərəfindən tanınan böyük səy və fəaliyyət göstərir. Etibar və qarşılıqlı əlaqələrin yeni körpülərini çəkmək sahəsində dünyaya səmimiyyət, tolerantlıq və öz imkanlarından istifadəyə hazırlıq nümayiş etdirən milli institutlarımız dialoq əxlaqının dəstəklənməsində yeni formatların ortaya çıxmasına daim nail olur.

Azərbaycanın şimal regionu hələ qədim zamanlardan mədəniyyətlərarası mübadilənin aktiv mərkəzlərindən biri olmuşdur. Bu regionda hələ də təbii uzlaşma siyasətini dəstəkləyən əksər xalq və dini icma nümayəndələri yaşayırlar. Bu yerlər üçün sakinlərin müxtəlifliyi norma kimi qəbul edilib. Öz orijinallığını saxlayan azlıqların nümayəndələri heç vaxt inteqrasiya, öz dilindən istifadə, özünüifadənin forma və yollarının axtarışı ilə bağlı problem yaşamayıblar, ona görə də hələ qədimdən bəri yerli həyat təbii verilən təşkil edirdi ki, bu da etnoqrafiya, linqvistika və tarixşünaslıq mütəxəssislərinə qeyri-adi bir şey kimi görünmüşdür. Kökündə mədəni-tarixi müxtəliflik faktoru duran ahəngli və müstəqil mənbələrin araşdırılması hazırda bu unikal hadisəni öyrənmək imkanını yaradır.

Qış məktəbinin işində Kolumbiya, San-Tome və Prinsipi kimi ölkələrdən gəlmiş tələbələr ilk dəfə iştirak edəcəklər. Tədris proqramı çərçivəsində Xaçmaz, Qusar, Qırmızı Qəsəbə və ölkəmizin şimal regionunun digər yerlərinə səfərlər nəzərdə tutulub. İştirakçıların yerli icmalarla görüşləri planlaşdırılıb ki, həmin əsnada xalqlararası və dinlərarası münasibətlər kontekstində müxtəlif mövzularda müzakirələr keçiriləcəkdir.

Məktəbin diqqət mərkəzində müasirlik, miqrasiya ilə mübarizə, dövrün tələbləri ilə mübarizə işığında multikulturalizmin müxtəlif modellərinin populyarlaşdırılması, etno-dini müxtəliflik konteksti daxilində stabilləşdirici mexanizmlərin tənzimlənməsi və s. kimi aktual problemlər duracaq.  

Həyati əhəmiyyətli məsələlərin əksəriyyəti tələbələrin BBMM-in Himayəçilik Şurasının sədri, akademik, xalq yazıçısı Kamal Abdullayev, AR Dövlət komitəsinin dini təşkilatlarla iş üzrə sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər görkəmli dövlət və ictimai xadimlərlə görüş zamanı müzakirəyə çıxarılacaqdır.

Qış məktəbinin iş proqramı çərçivəsində aktivistlərinin təşəbbüsü ilə Azərbaycan prioritetlərini dünyaya tanıtmaq kampaniyasına davam edən “Azərbaycanın gənc dostları” klubunun tematik prezentasiyası baş tutacaqdır.

Bu ictimai strukturun üzvlərinin sayı ilbəil artır. Neçə-neçə ölkədən gəlmiş və Azərbaycanın təbii reallıqları ilə üzləşən gənc vətəndaşlar öz yaşıdlarına, həmvətənlərinə müasir Azərbaycanda həyat, ölkənin iqtisadi və milli inkişafı, Qarabağ münaqişəsinin məğzi barədə ətraflı məlumat verirlər.

Beynəlxalq multikulturalizm məktəbinin proqramı çoxçeşidli yaradıcı semestr vəd edir ki, bu da iştirakçılara Azərbaycanın bütün dünyada nüfuz qazanmış mədəni plüralizminin milli modelinin üstünlüklərini öz gözləri ilə görmək imkanı yaradacaq.

Tofiq Abbasov

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov”

 

 

Etiketlər