“ATƏT Regionunda Anti-Semitizmlə Mübarizə”

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) quruma 2020-ci ildə sədrlik edən Albaniyanın paytaxtı Tirana şəhərində “ATƏT Regionunda Anti-Semitizmlə Mübarizə” mövzusunda konfrans keçirilib. 4-5 fevral tarixlərində tarixlərində  baş tutan konfransın əhatə etdiyi əsas mövzular ATƏT üzvü olan dövlətlərin anti-semitizmlə mübarizə istiqamətində tutduqları rəsmi mövqe, həyata keçirdikləri siyasət və tədbirlər, eləcə də, anti-semitizm məfhumunun işçi tərifi, onun təhlükəsizlik, təhsil və digər aspektləri olub.

Konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Bakı Beynəlxalq multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov iştirak edib. O, fervralın 3-də Albaniyanın Baş Naziri Edi Rama tərəfindən konfrans iştirakçıları üçün təşkil edilən rəsmi qəbulda da iştirak edib. R. Rəhimov konfransda çıxış edərək, Azərbaycanda yaşayan yəhudi icmaları haqqında məlumat vermiş və bildirib  ki, Azərbaycanda anti-semitizmin olmaması beynəlxalq hesabatlarda təsdiq olunur. O, qeyd etibki  ki, Azərbaycan hökumətinin anti-semitizmlə mübarizə məsələsinə yanaşması unikaldır. Çünki Azərbaycan əsas diqqəti sadəcə olaraq anti-semitizm təzahürlərinin qarşısının alinmasına deyil, həm də onun meydana çıxmasına zəmin yarada biləcək amillərə yönəldir. Bu cür proaktiv yanaşmanı tətbiq edərkən, Azərbaycan ölkənin həyatına əhəmiyyətli rol oynamış və töfhələr vermiş yəhudi əsilli vətəndaşlarını, o cümlədən Azərbaycanın Milli Qəhramanı Albert Aqarunov kimi şəxsləri ön plana çəkir. Bununla da yəhudilər və digər Azərbaycan vətəndaşları arasında  birlik hissi aşılayır. Məhz bu siyasətin nəticəsidir ki, yəhudilər Azərbaycanda sinaqoqlarda və digər yerlərdə heç bir polis, yaxud təhlükəsizlik qüvvələrinə ehtiyac duymurlar. Halbuki, konfransda müzakirə olunan mövzulardan biri dünyada, eləcə də ATƏT regionu ölkələrindəki  sinaqoqlarda, habelə yəhudilərin olduğu digər yerlərdə polis və asayiş keşikçilərinin təyin olunması zərurəti idi.

İclasa moderatorluq edən Böyük Britaniyanın İcma Təhlükəsizliyi Təşkilatının Hökumət və Beynəlxalq Məsələlər üzrə Direktoru, İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Kommissiyasının britaniyalı üzvü Maykl Vhin azərbaycanlı nümayəndənin  çıxışına istinad edərək, anti-semitizmlə mübarizə məsələsinə bu cür yanaşmanı  Azərbaycan hökumətinin mənəvi liderlik keyfiyyətini nümayiş etdirməsi kimi qiymətləndirib.