Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi Ulu Öndərin xatirə günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi Ulu Öndərin xatirə günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib. Böyük şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.Allah rəhmət eləsin!