"Multikulturalizm" verilişi - 22

"Multikulturalizmə giriş" fənninin tədrisi və eyni adlı yeni dərsliyin nəşri mövzusuna həsr olunan verilişin qonaqları Koorperasiya Universiteti Humanitar fənlər kafedrasının baş müəllimi Nizami Məmmədov və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlidir. Verilişdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayevin və BBMM-in icraçı direktoru Rəvan Həsənovun müsahibəsinə də yer ayrılıb.